Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?
Termoizoləedici sarğı qoymaq
Qarla ovuşdurmaq
Yun parça ilə ovuşdurmaq
Vişnevski məlhəmi ilə sarğı qoymaq
Spirtlə ovuşdurmaq
İsti otağa gətirilərək donmuş nahiyəni qızdırmaq (suyun t0-200-dən 370-yə qədər), periferiyadan mərkəzə doğru spirtlə, odekolonla ovmaq, sonra isə pambıqla aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
Suluqları kəsmək
Turna qoymaq
Vişnevski məlhəmi ilə sarğı qoymaq
Aseptik sarğı qoymaq
Streptosid tozu səpmək
I, II dərəcəli termiki yanıqlar səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
Dostları ilə paylaş: |