Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?
Okkulizion sarğı qoymaq
Turna qoymaq və ətrafları isitmək
Sıxıcı sarğı qoymaq
Turna qoymaq və ətrafları soyutmaq
Antiseptiklərlə silib sarğı qoymaq
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə blokada edilib buz qovuğu ilə soyudulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?
Zərərçəkmişi arxası üstə uzatmaq
Dezo tipli sarğı qoymaq
Dəri altına 1%-li morfin məhlulu yeritmək
Okkulizion sarğı qoymaq
Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq
Açıq pnevmatoraks zamanı hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəffüsdə iştirak edir. Plevrapulmonal şokun qarşısını almaq üçün, hermetik okkuluzyon sarğı qoyulur.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
Dostları ilə paylaş: |