Donor kimə deyilir?
Qan köçürülən şəxsə
Qanaxmaya meyilli şəxsə
Qan azlığı olan şəxsə
Qanını və ya orqanını digər insana verən şəxsə
İnfuzion maye köçürülən şəxsə
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
Resipient kimə deyilir?
Qan köçürülən şəxsə
Orqan və ya qanını digər insana verən şəxsə
Qan itirməsi olan şəxsə
Sağalan şəxsə
Qanaxmaya meyilli şəxsə
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346
Reinfuziya nədir?
Birbaşa qanın köçürülməsi
Cift qanının köçürülməsi
Konservləşdirilmiş qanın köçürülməsi
Auto qanın köçürülməsi
Util qanın köçürülməsi
Maksimum bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinə aparılmır
. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
Dostları ilə paylaş: |