Əməliyyat blokunun təmizlənməsi zamanı ardıcıllıq necə olmalıdır?
Dəhliz
Əməliyyat önü otaq
Əməliyyat otağı
Alətlər yığılan otaq
Tibb işçilərinin istirahət otağı
Əməliyyat blokunun gündəlik təmizlənməsində ardıcıllıq ciddi gözlənilməlidir. Beləki, əməliyyat otağından başlamaqla digər yardımçı otaqlar ardıcıllıqla təlimata uyğun təmizlənməlidir.Əməliyyat otağı yığışdırıldıqdan sonra bakteriosid lampalarla şüalandırılması vacibdir.
Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.98)
Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını hansı sınaqla yoxlamaq mümkündür?
Oberst
Zimnitski
Mikuliç
Benzidin
Volkoviç
Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını Benzidin sınağını ilə yoxlamaq mümkündür Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-li hidrogen peroksidlə qarışdırılır.