Əməliyyatönü dövr nə vaxt qurtarır?
Xəstəxanaya daxil olan andan
Əməliyyatdan 30 dəqiqə əvvəl
Əməliyyat başlanan andan
Diaqnoz dəqiqləşdirilən andan
Xəstəlik başlanan andan
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan etibarən başlanan dövr əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Növbəti gün saat 900 -a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?
Əməliyyat günü, səhər yeməyi
Əməliyyatdan əvvəlki gün, nahar yeməyi
Əməliyyatdan əvvəlki gün saat 2000 qədər
Əməliyyatdan əvvəlki gün saat 2200
Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir
Planlı əməliyyat zamanı növbəti gün saat 900 -a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahardan sonra saat 2000 qədər yüngül yemək (kəmşirin çay suxari ilə,mannı sıyığı və s)yeməlidir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: |