Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
Hissəvi sanitar işlənmə
Tam sanitar işlənmə
Dərinin silinməsi və ağların dəyişdirilməsi
Sanitar işlənmə aparılmır
Bağırsaqların və sidik kisəsinin boşaldılması
Fövqəladə əməliyyat o deməkir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
Əməliyyat otağında
Əməliyyatdan əvvəlki gün axşam
Əməliyyatdan 1 sutka əvvəl
Əməliyyat stolunda
Səhər, əməliyyat olunan gün
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər daha əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: |