Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
Ətraf fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq kompres qoyulur
Oynağa aseptik sarğı qoyulur
Oynağa gips sarğısı qoyulur
Çıxmış oynaq yerinə salınır
oynağa isti kompres qoyulur
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq toxumaların arasına keçir.Bu zaman qanaxma, ağrı, şişkinlik əmələ gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104