Sapandvari sarğını hansı nahiyələrə qoyulur?
Dizə, dirsəyə
Boyuna,ələ
Gözə,qulağa
Buruna, çənəyə, başa
Gövdəyə
Sapandvari sarğıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. səh.276.
Diş çəkildikdən sonra qanaxmanı saxlamaq üçün nədən istifadə edilir?
Vikasol tabletkası verilir
Ağız perekislə qarqara olunur
Çənəyə soyuq kompres qoyulur
Diş yuvasına steril bintdən hazırlanmış tampon qoyulur
Yemək yeməmək məsləhət görülür
Çəkilən dişin yuvasına 3%-li hidrogen-peroksid məhlulunda isladılmış steril tənzif kürəcik qoyulur. Qanaxmanı müvəqqəti saxlamağın bu üslundan burun və uşaqlıq yolu qanaxmalarında da istifadə olunur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 75
Dostları ilə paylaş: |