Endoskopiyada işlədilən optik ucluqları necə sterilizasiya edirlər?
Avtoklavda
Pervomur məhlulunda saxlamaqla
Formalin buxarlarıda
İsti hava axını ilə işləyən quruducu şkaflarda
Qaynatmaqla
Endoskopik apararların optik ucluqları istinin təsirindən xarab olduğu üçün qabın içərisinə formalin tabletkaları atılır və ucluqlar onun üzərindən asılaraq sterilizasiya olunur.
Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985 (səh.67)
İsti hava axını ilə işləyən quruducu şkafda optimal temperatur nə qədər olur?
A) 150-160°
B) 100-120°
C) 180-220°
D) 160-180°
E) 120-140°
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə sterilizasiya olur.
Ədəbiyyat:V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
Dostları ilə paylaş: |