Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək – damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur. Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” . Bakı 1998.
Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir?
Tibb bacısı həkimin bütün göstərişlərinə sözsüz əməl etməlidir, lakin bundan başqa onun sərbəst fəaliyyəti də vardır. Onlardan biri də gün ərzində xəstələrə nəzarət, onların istirahətini təşkil etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984