Aşağıda sadalananlardan hansı böyük tibb bacısının vəzifəsinə aid deyil?
Xəstəxananın ümumi mətbəxindən gətirilən yeməyə nəzarət etmək.
Şöbənin iş cədvəlini tərtib etmək
Şöbəyə dərman almaq
Orta və kiçik tibb işçilərinə rəhbərlik etmək
Xəstənin analizlərini laboratoriyaya aparmaq
Xəstənin analizlərini laboratoriyaya palatanın tibb bacısı aparır, sadalanan digər vəzifələr isə böyük tibb bacısının səlahiyyətinə aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 89 “ Çıraq 2008.
Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?
Bilitrast
Xolevid
Biliqnost
Barium
Biliqrafin
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənilir. Öd kisəsinin
rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq 2008.
Dostları ilə paylaş: |