Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı vanna tətbiq edə bilər?
Naftalan vannası
Sərin vanna
Soyuq vanna
İsti vanna
İndifferent vanna
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
Ağ çörək
Kartof
Pendir
Çuğundur
Yumurta
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984