Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur?
Sanitariya qovşağı
Xəstələr üçün palata
Yeməkxana və bufet
Prosedur otağı
Gips otağı
Sadalanan bütün otaqlar hər bir stasionar şöbədə olan əsas otaqlardır, cərrahi şöbədə isə bunlardan əlavə gips otağı, sarğı otağı, əməliyyat otağı olur. Ədəbiyyat: C.N.Hacıyev,R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998
Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir?
Pinsetlə
Kornsanq ilə
Şpatellə
Əllə
Çubuqla
Bütün zəliləri bankadan götürüb həcmi 50-100 ml olan kiçik qaba qoyurlar. Zəliləri əl ilə götürüb qoymaq lazımdır ki, onlar həm zədələnməsin, həm də ən yaxşısını seçmək mümkün olsun. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974