Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb. Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 1998.
Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?
Sublinqval (dilaltına)
Daxilə
İnhalyasion
Parenteral
Xaricə (məlhəm şəklində)
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir. Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735