Plevral punksiya üçün tibb bacısı nəyi hazırlamalıdır?
Uzunluğu 8-10 sm olan iynə
Troakar
Kassirski iynəsi
Mikuliç sıxıcısı
Arterial sıxıcı
Uzunluğu 8-10 sm olan iynə əksər hallarda bu manipulyasiyalarda (punksiyalarda) istifadə olunur. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 199. “Maarif” 1974
Qanhayxırma nədir?
Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması
Qan lifləri olan köpüklü bəlğəm
Paslı bəlğəm ifrazı
Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı
“Qəhvə xıltı ” şəklində qusma
Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511 “Çıraq” 2008