Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
A) 45° - 50°
B) 30° - 32°
C) 15° – 20°
D) 20° – 25°
E) 38° – 40°
Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazmı aradan qaldırmaq üçün temperaturu, 38 -40 dərəcəli su götürülür.
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998
Arterial hipertenziya nədir?
Mərkəzi venoz təzyiqin artması
Arterial təzyiqin azalması
Damar tonusunun azalması
Arterial təzyiqin artması
Mərkəzi venoz təzyiqin azalması
Hipertenziya müxtəlif səbəblərdən ( məs:endokrin, böyrək,MSS ,travmatik və s.) damar tonusunun artmasıdır , bunun da nəticəsində arterial təzyiq artır.Hiper-latın dilində cox,tenzion-təzyiq deməkdir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008
Dostları ilə paylaş: |