İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?
Əzələ daxili
Tənəffüs yolu ilə
Mədə-bağırsaq yolu ilə
Vena daxili
Dəri altı
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008.
Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?
15 sm
10 sm
40 sm
5 sm
30 sm
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq” 2008