Kəskin tonzillitdə nə müşahidə olunur?
Eşitmənin itməsi
Burunla nəfəs almanın çətinləşməsi
Səsin itməsi
Udma zamanı ağrı
Arası kəsilməyən öskürək
Kəskin tonzillit ümumi infeksion allergik xəstəlik olub damaq badamcıqlarının limfa toxumasının iltihabı prosesidir.Kəskin tonzillit zamanı xəstədə udma zamanı ağrı, subfebril temperatur,boğazda quruluq və qıcıqlanma müşahidə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 81
Kipriklərin və göz qapaqlarının təmizlənməsi necə aparılır?
Aşağıdan yuxarıya
Dairəvi hərəkətlərlə
Gözün xarici bucağından daxilə
Gözün daxili bucağından xaricə
Göz qapağını aşağı çəkməklə
Kipriklərin və göz qapaqlarının təmizlənməsi xaricdən içəriyə doğru ehtiyatla aparılmalıdır. Bu zaman kir buruna doğru furasilin məhlulunda isladılmış pambıq kürəciklə gözün xarici bucağına doğru hərəkət etdirilərək xaric edilir. Qurumuş ifrazatdan bir-birinə yapışmış kip əvvəlcə bir neçə dəfə pambıq kürəciklə isladılır,sonra isə göz qapaqlarının silinməsində olduğu kimi bir neçə dəfəyə xaric edilir.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapaqları steril tənzif tamponla qurudulur.
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 237
Dostları ilə paylaş: |