Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
Hipertonik imalədən
Yağ imaləsindən
Sifon imaləsindən
Təmizləyici imalədən
Dərman imaləsindən
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43“ Çıraq ” 2008.
Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?
Ayaqlara
Qulaq seyvanının arxasına
Əlin ovuc səthinə və ayağın altına
Qaraciyər nahiyəsinə
Ənsə nahiyəsinə
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz nəticələrə gətirib çıxarar.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |