Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
Yeni doğulmuş uşaqların palatasında bakteriosid lampadan nə vaxt istifadə edilir?
Atmosfer havasında olan bakteriaların əksəriyyəti ultrabənövşəyi süaların təsirindən tez bir zamanda məhv olur.Ultrabənövşəyi şüaların bakterisid təsirindən profilaktika məqsədilə istifadə edilir.Yenidoğulmuşların palatasında uşaq palatada olmayanda bakterisid lampadan istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 36 .