Yenidoğulmuşun gözünün təmizlənməsində aşağıdakılardan hansı istifadə edilir?
Bitki yağı
3% -li hidrogen peroksid məhlulu
Qaynanmış su,1%-li tetrasiklin məlhəmi
96%-li spirt məhlulu
5%-li yod məhlulu
Göz zərif görmə orqanı olduğundan spirt,yod,perekis, yağ və s. mayelərlə gözü yumaq olmaz, əks halda selikli qişa qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54 .
Sepsis nədir?
Qan dövranı pozğunluğu
Rh-konflikt
Bakterial infeksiyanın qan dövranında dövr etməsi
Mübadilə pozğunluğu
Konstitusional anomaliya
Sepsis hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda
inkişaf edir. Xəstəlik ümumi əlamətlərlə yanaşı, xəstədə yüksək qızdırma ilə də səciyyələnir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
Dostları ilə paylaş: |