Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?
Xolesistoqrafiya
Rentgenoqrafiya
Flüoroqrafiya
Uroqrafiya
Bronxoqrafiya
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu olub, gün ərzində bu metodla 300-ə qədər şəxsi müayinədən keçirmək mümkün olur.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “ Təhsil” Bakı 1998
BÖLMƏ: 2
İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
Hiperbilirubinemiya ilə
Cinsi krizlə
Hipoksiya ilə
Anemiya ilə
Hipertermiya ilə
Uşaq doğulan anadan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
Dostları ilə paylaş: |