Yenidoğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi( vezikulopustuloz)əmələ gətirir.
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.