Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudur , bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?
Aritmiya
Taxipnoe
Bradikardiya
Bradipnoe
Taxikardiya
Normada nəbz vurğularının sayı 60-90-dır. 60 vurğudan az olduqda bradikardiya, 90 vurğudan çox olduqda taxikardiya adlanır. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
Daxilə qəbulu
Dərialtı
Əzələdaxili
Dəriiçi
Venadaxili
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur. Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı 1998