Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının funksiyasına aid deyil?
Xəstənin dəri örtüklərinə və nəbzinə nəzarət etmək
Lazım gəldikdə xəstəyə naşatır spirti iylətmək
Punksiya yerinə yod sürtmək
Əlaltına zəruri ürək dərmanlarını qoymaq
Plevral punksiyanı aparmaq
Plevral punksiya aparmaq həkimin funksiyasına, göstərilən digər funksiyalar isə tibb bacısının funksiyasına aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 74 “Çıraq” 2008
Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
Atoniya
Hipotoniya
Hipertoniya
Taxipnoe
Ritm
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
Dostları ilə paylaş: |