Yenidoğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?
2%-li yodla
Steril bitki yağı ilə
5%-li kalium permanqanatla
70%-li spirtlə
Furasilinlə
Yenidoğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yenidoğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
590 . Yenidoğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?
Reflekslər, tənəffüs fəaliyyəti
Dərinin rəngi , reflekslər
Ürək fəaliyyəti, tənəffüs fəaliyyəti, dərinin rəngi, reflekslər
Əzələ tonusu, ürək fəaliyyəti
Uşağın ümumi vəziyyəti
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur. Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə, dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir. Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
Dostları ilə paylaş: |