607. Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?
Ağrıkəsici yeritmək
Spazmolitiklər yeritmək
Aseptik sarğı qoymaq
Cərəyanın təsirini kəsmək
Eufillin yeritmək
Ən əvvəl cərəyan mənbəyindən cərəyanın təsirini kəsmək lazımdır. (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz çəkmə geyinmiş halda əl vurmaq olar).
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991
608 . Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?
3gün
1gün
5gün
6 saat
7 gün
İlk yardım kimi ilk gün ərzində əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq lazımdır,qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |