Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?
Epitelizasiyanı sürətləndirmək üçün
Qanaxmanı dayandırmaq üçün
Yara ifrazatını çıxarmaq üçün
Yaranı təftiş etmək üçün
Çapıq əmələ gəlməsi üçün
Drenajlar irinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Məqsəd yaraya drenaj qoymaqla qranulyasiyanın əmələ gəlmə prosesini sürətləndirməkdir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?
Süni ağciyər aparatına qoşma və ürəyin masajı
Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər yeritmək
Yanıq sahəsindən yuxarıda turna qoymaq
Aseptik sarğı qoyub,təcili yardım çağırmaq
Antibiotiklər yeritmək
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında saxlanmalıdır.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
Dostları ilə paylaş: |