Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir?
Ağrı
Temperaturun yüksəlməsi
Damarların spazmı
Suluqların olması
Epidermisin nekrozu
Bədənin həddən artıq soyuması müvafiq nahiyyələrdə ilkin olaraq damarların spazmına səbəb olur.Nəticədə qan dövranı yavaşıyır,kapilyarların iflici yaranır.
Ədəbiyyat:N.P.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.286
Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?
5 gün
10 gün
20 gün
40 gün
6 saat
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır. Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)