Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur?
Qayıdan
Tısbağavari
Səkkizvari
Sünbül
Spiralvari
Aşıq daban oynağının zədələnmələrində binti səkkiz rəqəmi şəklində dolayaraq oynaqda hərəkətin məhdudlaşdırılmasına nail olunur. Bu sarğı səkkizvari sarğı adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.309
Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün hansı sarğı növündən istifadə olunur?
Spiral
Ləçəkvari
Dezo
Sünbül
Səkkizvari
İlk yardım zamanı geniş istifadə edilir, habelə bazunu, saidin, biləyin və s. xəstəliklərində yuxarı ətrafa rahatlıq vermək üçün ləçəkvari sarğı işlədilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306
Dostları ilə paylaş: |