Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyətin verilməsi daha məqsədəuyğundur?
Ayaq üstə
Qarnı üstə, uzanmış
Oturaq
Arxası üstə, uzanmış
Sol tərəfi üstə üstə uzanmış
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Periferik vena üçün kateterin seçimində tibb bacısı nəyi nəzərə almır?
Yeridilən mayenin tərkibini
Venanın diametrini
Yeridilən mayenin sürətini
Xəstənin fizioloji vəziyyətini
Kateterin venada qalma müddətini
Periferik vena üçün kateter seçimində tibb bacısı xəstənin fizioloji vəziyyətini yox, venanın diamterini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Dostları ilə paylaş: |