820. Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?
Formalin buxarı ilə sterilizasiya etmək
Avtoklavlaşdırma
Yandırmaq
Qaynatmaq
Quruducu şkafda sterilizasiya etmək
Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
821.Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?
5 dəq
2-3 dəq
3-4 dəq
1 dəq
4-5 dəq
C-4 (pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlul tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Dostları ilə paylaş: |