817.Yaranın cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?
A) 30%
B) 6%
C) 10%
D) 3%
E) 33%
Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında, səthi qanaxmalarda istifadə olunur. 6%, 10%, 30%, 33% məhlullarından dezinfeksiyaedici kimi istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
818.Bioloji antiseptikaya nə aiidir?
1. Antibiotiklər 2. Səthi-aktiv maddələr 3. Vaksinlər
4. İmmunoqlobulinlər 5. Oksidləşdiricilər 6. Turşular A) 1,3,4
B) 1,2,6
C) 2,4,5
D) 1,3,6
E) 3,2,5
Hal-hazırda bioloji antiseptikada istifadə olunan maddələrə antibiotiklər, vaksinlər,immunoqlobulinlər və proteolitik fermentlər aiddir. Antibiotiklər cərrahi infeksiyalarda müalicəvi və profilaktik məqsədlə istifadə olunur. Passiv və aktiv immunizasiya məqsədilə immunoqlobulinlərdən və vaksinlərdən istifadə olunur Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.24
Dostları ilə paylaş: |