Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?
5%
2%
C) 0.1%
D) 1%
E) 0.02%.
Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?
Çoxmomentli əməliyatı başa çatdırmaq
Xəstəni sağaltmaq
Diaqnozu dəqiqləşdirmək
Xəstənin vəziyyətini yüngülləşdirmək
Bir neçə orqanda əməliyyat aparmaq
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
Dostları ilə paylaş: |