Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?
Hidrogen-peroksid
Aminokapron
Fizioloji məhlul
Efedrin
Atropin
Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
Buruna isitqac qoyulması
Dərinin qarla sürtülməsi
Dərman maddələrinin damızdırılması
Dərinin spirtdə isladılmış tamponla sürtülməsi
Dəriyə məlhəmin sürtülməsi
Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir. Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir. Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu
məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür. Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
Dostları ilə paylaş: |