Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb bacısı xəstəyə buz qovuğu tətbiq edə bilməz?
Əzilmələr zamanı ilk 3 gündə
Daxili qanaxmalar olduqda
Kəskin appendisit zamanı
Yüksək qızdırma olduqda
Böyrək sancılarında
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.
Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: |