Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?
Kompress
Toz şəklində səpmək
Damcı şəklində damızdırmaq
Dilin altına qoymaq
Sürtmək
Dəri içinə yeritmək A) 4,6
B) 1,4
C) 2,6
D) 3,5
E) 2,4
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ”Bakı 1998 .
Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompress qoymalıdır?
Dəridə allergik səpgilər olduqda
Yüksək qızdırma olduqda
Yerli irinli proseslər olduqda
İnyeksiyadan sonra infiltrat olduqda
Dərinin tamlığı pozulduqda
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .
Dostları ilə paylaş: |