Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?
səhifə 86/564 tarix 07.04.2022 ölçüsü 440,72 Kb. #54917
2019-04-23 11-51-27
Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?
İynəni dəyişdirməlidir
Sistemdə təzyiqi qaldırmalıdır
Kanyulanı təmizləməlidir
Proseduru tamamilə dayandırmalıdır
Dərhal həkimi çağırmalıdır
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb bacısı iynəni dəyişməlidir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 2008.
Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?
Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini
Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını
Mədə möhtəviyyatının qida borusuna keçməsini
Qazların bağırsaq vasitəsilə xaric olmasını
Mədə möhtəviyyatının ağızdan xaric olmasını
Gəyirmə xəstəlik deyil , xəstəliyin əlamətidir. Mədədən qida borusuna keçən hava ağız. Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq” 2008.
Dostları ilə paylaş: