Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
Yuxarı xarici
Aşağı xarici
Aşağı içəri
Yuxarı içəri
Sağrının orta hissəsində
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.