) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı ilkin diaqnozu qoymaq olar?
37) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı ilkin diaqnozu qoymaq olar? Obstruktiv bronxitə daha çox kiçik yaşlı uşaqlar arasında rast gəlinir. Xəstəlik rinit, faringit, qrip əlamətləri ilə başlayır. Öskürəklə yanaşı ağciyərlərdə xırıltılar baş verir. Hərdənbir nəfəsvermə zamanı fitverici tənəffüs olur. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
38) 10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq döşü zəif götürür. Hərarəti 38 - 390 - dir. Göbək ətrafında qızartı və şişkinlik var. Nədən şüphələnmək olar? Yuxarıdakı əlamətlər uşaqda omfalitin baş verdiyini göstərir.Omfalit göbəyin iltihabıdır. Bu göbəyə düzgün və gigiyenik qulluq edilmədikdə əmələ gəlir. Ona göbəyə qulluq edərkən aseptika və antiseptika qaydalarına ciddi əməl edilməlidir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
39) Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şüphələnmək olar? Uşaq süni qidalanıb, çəkisi pis artıb, döş qəfəsi batıqdır, dişi yoxdur. Boynunu gec saxlayıb və s. Bunlar raxitə məxsus əlamətlərdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
40) Uşağın 1 yaşı var. Hərarəti 38O C – dir. Tez - tez selikli – qanlı nəcis ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış , əzələ tonusu azalmış, ümumi arıqlama görünür. Hansı xəstəliyin olmasından şüphələnmək olar? Selik - qanlı nəcis ifrazı və tenezmlər (gücənmə) dizenteriya infeksiyasına xas olan əlamətdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
41) 5 aylıq uşaqdır. Hərarəti 390 C - dir . Tənəffüsü çətinləşib, ağız - burun ətrafında göyərmə var, dəri solgundur, ağciyər üzərində quru və yaş xırıltılar eşidilir. İlk növbədə hansı xəstəlikdən şüphələnmək olar? Hərarət, təngnəfəslik, öskürək , ağız – burun ətrafında sianoz, ağciyərlər üzərində xırıltılar pnevmoniya üçün xarakterikdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
42) Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və ətraflarda azdır. Bu uşaq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur ? Yuxarıda qeyd edilən əlamətlər çəki azlığı, reflekslərin zəifliyi, dərinin sianozlu və tüklü olması və s vaxtından əvvəl doğulmuş uşağa aiddir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 189