113) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən
istifadə edilir?
Axar su altında alətlər yarım dəqiqə yuyulduqdan sonra 7 saata qədər
dezinfeksiyaedici məhlulda saxlanılır. Korroziya əleyhinə 1% - li natrium benzoat
məhlulundan istifadə edilir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 87)
114) 70 % - li spirt neçə gündən bir dəyişdirilməlidir?
70% - li spirt ağzı bağlı tünd rəngli şüşə qabda olur. Spirt hər 3 gündən bir
dəyişdirilməlidir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
115) Ağzı bağlı qabda steril spirtli pambıq kürəciklərdən neçə gün istifadə
etmək olar?
Spirtə qənaət məqsədilə şüşə qablara steril pambıq kürəciklər sıx yerləşdirilərək
üzərinə spirt əlavə edilir. Bu spirtli kürəciklərdən 1 gündən artıq istifadə etmək
düzgün deyil.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
Dostları ilə paylaş: |