|
) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə2019-04-04 13-58-14
118) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə
başlanır?
Ətraflara sarğı qoyulduqda ona orta fizioloji vəziyyət verilməli, saat əqrəbi
istiqamətində soldan sağa sarınmalıdır. Sarğının növündən asılı olmayaraq ilk
dövrə bu qayda ilə yəni dairəvi - sirkulyar sarğı ilə başlanır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 96)
119) Diz və dirsək oynağına qoyulan tısbağavari sarğının neçə forması var?
Tısbağavari sarğı dirsək və diz oynaqlarını sarımaq üçün münasibdir və qoyulma
üsulundan asılı olaraq 2 forması: yaxınlaşan və uzaqlaşan formaları işlədilir.
Yaxınlaşan sarğıda bint oynaqdan yuxarıda və aşağıda dairəvi sarınaraq, oynaq
çuxurunda çarpazlaşdırılır. Uzaqlaşan sarğıda isə bintin birinci dolağı oynağın
ortasından aparılaraq sonrakı dolaqlar biri - birinin üçdə iki hissəsini örtməklə
oynaqdan yuxarıda və aşağıda aralanıb uzaqlaşır.
Ədəbiyyat: N. P. Paleyev. Tibb bacısının məlumat kitabı. (səh - 310)
Dostları ilə paylaş: |
|
|