345) Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır? A) Yeməkdən sonra, su ilə +
B) Yeməkdən əvvəl
C) 2 yemək arasında
D) Yeməkdən 2 saat sonra
E) Yemək vaxtı
346) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir? A) İnyeksiya yerindən aşağıda turna qoymaq
B) Yerli isidici compress +
C) İnyeksiya yerindən yuxarıda turna qoymaq
D) Buz qovuğu
E) Aseptik sarğı
347) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz? A) Dəri içi
B) Düz bağırsağa
C) Əzələdaxili
D) Dərialtı
E) Venadaxili +
348) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir: A) Düz bağırsağa
B) Əzələdaxili, venadaxili +
C) Uşaqlıq yolu ilə
D) Tənəffüs yolları ilə
E) Dilaltı
349) Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur? A) Ödem
B) Nekroz
C) Tromboflebit
D) İnfiltrat
E) Hava emboliyası +
350) Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir? A) Xəstədə narahatlıq yaratmaması
B) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması +
C) Qaraciyərin baryer rolunun kənarda qalması
D) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması
E) Asan olması
351) Venadaxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir? A) İynənin 1/3 (üçdə biri) yeridilir
B) İynənin bütün uzunluğu yeridilir
C) Yalnız iynənin en kəsiyi yeridilir
D) Damarın necə yerləşməsindən asılıdır +
E) İynənin 2/3 (üçdə ikisi) yeridilir
352) Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir ? A) 40 % - li qlükoza
B) 10 % - li natrium - xlorid
C) Fizioloji məhlul +
D) 5 % - li qlükoza
E) 3 % - li hidrogen - peroksid