375) Arterial təzyiq 180-110 mm civə st-dur - bunu aşağıdakı hansı terminlə ifadə etmək olar? A) Şok
B) Kollaps
C) Hipotenziya
D) Norma
E) Hipertenziya + 140/90mm/c.s
376) Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur – bu nədir? A) Ekstrasistoliya
B) Bradikardiya +
C) Səyrici aritmiya
D) Taxikardiya
E) Norma
377) Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır? A) Tərəvəzlər
B) Sıyıqlar
C) Yağlı, qızardılmış +
D) Süd məhsulları
E) Meyvələr
378) Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur? A) Enən çənbər bağırsağın
B) Siqmayabənzər bağırsağın
C) Köndələn çənbər bağırsağın
D) 12 barmaq bağırsağın +
E) Düz bağırsağın
379) Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır? A) Natrium
B) Kalium
C) Maqnezium
D) Kalsium
E) Dəmir +
380) Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır? A) Oliquriya +
B) Poliuriya
C) Anuriya
D) Nikturiya
E) Nollakiuriya
381) Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır? A) Oliquriya
B) Poliuriya
C) Anuriya
D) Nikturiya +
E) Pollakiuriya
382) Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır? A) Poliuriya +
B) Anuriya
C) Nikturiya
D) Oliquriya
E) Pollakiuriya
383) Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir? A) İynənin bütün uzunluğu
B) Damarın yerləşməsindən asılıdır
C) İynənin ucu- kəsik hissəsi +
D) İynənin 1/3 hissəsi
E) İynənin 2/3 hissəsi
384) Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır? A) 40°
B) 28°
C) 34°
D) 38° +
E) 25°