929) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
A) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
B) Yara üzərinə məlhəm qoyulur
C) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi
D) Drenajla yaranın yuyulması
E) Tikişlərin bir qisminin sökülməsi
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
930) Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?
A) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
B) Antibiotiklərin yeridilməsi
C) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
D) Hipertonik məhlulun qoyulması
E) Ağrıkəsicinin vurulması, qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Dostları ilə paylaş: |