1056) Qastrostomaya qulluq tibb bacısı tərəfindən gündə neçə dəfə aparılmalıdır?
A) Gündə üç dəfə
B) Bir gündən bir
C) Hər qidalanmadan sonra
D) Sutkada bir dəfə
E) Səhər və axşam
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
1057) Reanimasiya tədbirləri zamanı dil kökünün qatlanmaması üçün xəstənin başına hansı vəziyyət verilir?
A) Önə əyilmiş
B) Sağa, yana çevrilmiş
C) Arxaya əyilmiş
D) İlkin vəziyyətdə saxlanılmış
E) Sola, yana çevrilmiş
Ədəbiyyat: R.Əkbərov.İlk Tibbi yardım.-Baki:Mütərcim,2001.səh.116
1058) Müalicəvi immobilizasiyaya nə aiddir?
A) Kramer şinası
B) Diteriks şinası
C) Ləçəkvari sarğı
D) Pnevmatik şina
E) Gips sarğısı
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.191
Dostları ilə paylaş: |