8) Follikulyar anginanın diaqnoztikası məqsədilə nə etmək lazımdır?
A) Badamcıqlardan Löffler çöpünü aşkar etmək üçün yaxma götürmək
B) Qanın ümumi müayinəsi
C) Qanın biokimyəvi müayinəsi
D) Elektokardioqramma
E) Bəlğəmin müayinəsi
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 529
9) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır?
A) Hormonlarla
B) Vitaminlərlə
C) Ürək qlukozidləri ilə
D) Diuretiklərlə
E) Cərrahi yolla
Ədəbiyyat:A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218
10) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır?
A) Təcili hospitalizasiya etmək
B) Vanna etmək
C) Pəhriz təyin etmək
D) Təmizləyici imalə etmək
E) Qarın üzərinə isitqac qoymaq
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290)
11) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə başlanır?
A) Sünbül şəkilli
B) Spiral şəkilli
C) Səkkizvari
D) Dairəvi - sirkulyar
E) Sürünən
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 96)
Dostları ilə paylaş: |