797) Kimyəvi yanığın ağırlığı bu faktordan asılı deyil:
A) Havanın temperaturundan
B) Kimyəvi maddənin temperaturundan
C) Kimyəvi maddənin tərkibindən
D) Kimyəvi maddənin qatılığından
E) Təsir müddətindən
Ədəbiyyat: İnkova. A. N. (səh - 132)
798) Yaranın birincili sağalması neçə gün davam edir?
A) 5 - 8 gün
B) 25 - 30 gün
C) 2 - 3 gün
D) 15 - 20 gün
E) 1 - 2 gün
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 126)
799) Ağciyərin zədələnmələrində bu simptoma rast gəlinmir?
A) Dərialtı emfizema
B) Disfagiya
C) Qanhayxırma
D) Pnevmotoraks
E) Hemotoraks
Ədəbiyyat: B. Ağayev. (səh - 81)
800) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
A) Ağrı
B) Deformasiya
C) Krepitasiya
D) Travmatik ödem (şişkinlik)
E) Asfiksiya
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 107)
801) Xəstənin həkimin iştirakı ilə daşınması zamanı feldşerin yeri harada olmalıdır?
A) Dispetçerin yanında
B) Sürücünün yanında
C) Xəstəxanaya əvvəlcə gedir
D) Fərqi yoxdur
E) Xəstənin yanında
Ədəbiyyat: B. D. Komarov. (səh - 23)
Dostları ilə paylaş: |