24) Kəskin pnevmoniyanın əsas əlamətləri hansılardır?
A) Qanhayxırma
B) Nəfəsvermənin çətinləşməsi
C) Yüksək temperatur, tənəffüs çatmamazlığı, ağız-burun üçbucağının sianozu
D) Quru xırıltılar
E) “Hürücü” öskürək
Ədəbiyyat:Qudzenko P.N. “Uşaq xəstəlikləri”, 1984
25) Aşağıdakılardan hansı kəskin sadə bronxitin əlamətləridir?
A) “Hürücü” öskürək
B) Reprizli tutmaşəkilli öskürək
C) Fitsəsli xırıltılı öskürək
D) Quru öskürəyin tədricən yaş öskürəyə keçməsi
E) Boğulma ilə müşaiyət olunan öskürək
Ədəbiyyat:Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
26) Streptokok mənşəli tonzillitin (angina) fəsadları hansıdır?
A) Piodermiya
B) Pnevmoniya
C) Revmatizm, qlomerulonefrit
D) Pankreatit
E) Meningit
Ədəbiyyat:Qudzenko P.N. “Uşaq xəstəlikləri” , 1984
27) Doğuşdan sonra ağız südü (molozivo) neçə müddət ifraz olunur?
A) İlk 3 həftə
B) İlk 3 gün
C) İlk 7-8-ci gün
D) İlk 10-12 gün
E) İlk 15-18-ci gün
Ədəbiyyat:Tağıyev N., Neonotologiya, 2007
28) Yenidoğulmuşun vəziyyətinin Apqar şkalası ilə qiymətləndirilməsi nə vaxt aparılır?
A) Yenidoğulmuşlar şöbəsinə köçürülərkən
B) 10-cu dəqiqədə
C) 30 dəqiqədən sonra
D) Həyatının 1-ci və 5-ci dəqiqələrində
E) Doğum evindən evə yazılarkən
Ədəbiyyat:Tağıyev N. Neonotologiya, 2007
Dostları ilə paylaş: |