20) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Turna qoymaq
B) Suluqları kəsmək
C) Streptosid tozu səpmək
D) Vişnevski məlhəmi ilə sarğı qoymaq
E) Aseptik sarğı qoymaq
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
21) Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün hansı sarğı növündən istifadə olunur?
A) Dezo
B) Sünbül
C) Ləçəkvari
D) Səkkizvari
E) Spiral
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306
22) Sınıqların əsas müalicə üsuluna hansı aid deyil?
A) İnhalyasiya
B) Funksional müalicə
C) Dartma
D) İmmobilizasiya
E) Cərrahi üsulla müalicə
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(110)
Mamaliq və ginekologiya fənnindən testlər
23) Anafilaktik şoka xas olmayan əlaməti göstərin
A) Qirtlağın ödemi
B) Bronxospazm
C) Arterial təzyiqin yüksəlməsi
D) Arterial təzyiqin enməsi
E) Beyinin ödemi
Ədəbiyyat:Qudzenko P.N. “Детские болезни”, 1984
Dostları ilə paylaş: |